İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya tankerləri Avropanı ekoloji fəlakətə sürükləyir

502 21.02.2026 15:24 Dünya A A

Fin körfəzində Rusiya ilə əlaqələndirilən “kölgə donanması”na məxsus tanker qəzasının baş verməsi Baltik dənizi regionu üçün genişmiqyaslı ekoloji fəlakət riski yarada bilər.

Musavat.com xəbər verir ki, “Greenpeace” təşkilatının yaydığı məlumatda bu nəticə Almaniyanın “Helmholtz-Zentrum Hereon” tədqiqat mərkəzinin apardığı modelləşdirməyə əsaslanır.

Nümunə kimi 247 metr uzunluğunda olan, bayraqsız və tam sığortasız fəaliyyət göstərən “Peace” tankerinin marşrutu araşdırılıb. Bu gəmi bir reysdə 110 min tona qədər neft daşıya bilir. Ekoloqların məlumatına görə, 2025-ci ildə o, dörd dəfə Baltik dənizi vasitəsilə Rusiya neftini ixrac edib.

Mütəxəssislər 2025-ci ilin fevral ayının külək və axın şərtlərini nəzərə alaraq “Urals” markalı neftin 8 mümkün sızma ssenarisini modelləşdiriblər. Ssenarilərdən biri Leninqrad vilayəti yaxınlığında yerləşən Seskar adası ətrafında qəzanı nəzərdə tutur. Əgər 48 min ton neft suya qarışarsa, bu həcmin təxminən yarısının bir ay ərzində sahilə çatacağı ehtimal edilir.

Belə bir ssenari Vıborq və Kinqisepp rayonlarını, eləcə də sahilyanı şəhərlərdə yaşayan təxminən 100 min nəfəri risk altına sala bilər. Çirklənmə Kurqal və Vıborq qoruqları, Berezov adaları və digər nadir təbiət ərazilərinə də ciddi zərər vura bilər.

“Greenpeace”in qiymətləndirməsinə görə, belə bir neft sızmasının miqyası 2024-cü ilin dekabrında “Volqoneft” tipli tankerlərin qəzası nəticəsində yaranan zərərdən 10–15 dəfə artıq ola bilər.

Ekoloqlar bildirirlər ki, “kölgə donanması”nın əsasını 15 ildən çox yaşı olan, lazımi texniki baxımdan keçməyən köhnə gəmilər təşkil edir. Böyük qəza halında dəniz quşları və heyvanları, balıqçılıq sektoru və turizm ciddi zərbə ala bilər. Ekosistemin bərpası isə onilliklər tələb edə bilər.

“Greenpeace” Avropa ölkələrini Avropa İttifaqının mövcud hüquqi mexanizmlərindən istifadə edərək “kölgə donanması”nın fəaliyyətini məhdudlaşdırmağa və Baltik dənizini qorumağa çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR