İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya TRİPP-ə qoşulmaq istəyir – ABŞ razı olacaqmı?

768 02.07.2026 13:12 Siyasət A A

Rəsmi İrəvan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Moskvanın TRIPP-də iştirakının layihəyə fayda verəcəyi barədə fikirlərinə münasibət bildirib.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib ki, hazırda TRIPP Ermənistan–ABŞ formatında həyata keçirilir, saziş imzalanıb və icra mərhələsindədir.

“Mən hazırda gələcəklə bağlı hər hansı fikir bildirmək istəməzdim”, - nazir müavini Rəsmi İrəvan üçün Moskvanın TRIPP-də hər hansı formatda iştirakının məqbul olub-olmaması və ya bunun gələcəkdə müzakirə edilə biləcəyi ilə bağlı suala cavabında qeyd edib.

Safaryan əlavə edib ki, hazırda Ermənistan Respublikası Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və tranzit qaydaları Aİİ-nin normaları ilə tənzimlənir. Bəs, Rusiyanın TRIPP-də iştirakına ABŞ imkan verərmi?

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, Rusiyanın TRIPP layihəsinə qoşulması məsələsi həm geosiyasi, həm də iqtisadi baxımdan mürəkkəbdir və mümkün deyil:

“Rusiya öz təsirinin sürətlə itirdiyi Cənubi Qafqazda hər hansı bir formada qalmaq üçün mümkün olan və olmayan bütün üsullardan istifadə etməyə çalışır. Baxmayaraq ki, bu gün Rusiyanın Ukraynaya qarşı açdığı işğalçı müharibə ilə elə bir duruma düşüb ki, burada hətta söhbət yalnız onun müharibəni uduzmasından deyil, bir dövlət kimi silinməsindən gedir. Qərb Rusiyanı uzunmüddətli, xüsusi bir planla bu duruma gətirdi. Sovetlər İttifaqı dağıldıqdan sonra Rusiyanın başında dayananlar Qərbin Rus imperiyasını məhv etməyin ikinci mərhəlləsini necə hazırlayıb həyata keçirtdiklərini görməzdən gəldilər. Bu prosesin baş fiqurantı kimi təbi ki, Qərb Ukraynanı seçmişdi. Qərbin Ukrayna vasitəsilə Rusiyanı hərbi müstəvidə qarşıdurmaya çəkməsi və bu yolla sonda müharibəni Rusiyanın ərazisinə tarnsformasiya etməsi dediklərimizin təsdiqidir.

İndi Qərbə son addımları atıb, Rusiyanın Ukrayna ilə müharibədə məğlubiyyətini rəsmiləşdirmək qalır. Bu da çox çəkməyəcək. Son hədəfə çatmağın qısa yolu isə Rusiyaya qarşı başladılmış dron və raket hücumlarını genişləndirməkdir ki, bu da göz qabağında baş verir. Yanacaq çatışmazlığı, qiymətlərin sürətlə qalxması Rusiya daxilində ictimai-siyasi sabitliyi tam poza bilər. Digər tərəfdən Qərb eyni zamanda bu yolda Rusiyaya qarşı tətbiq edilən sanksiyaların işinin effektivliyini artıracaq”.

Professor hesab edir ki,Belə bir durumda Zəngəzur dəhlizindən keçəcək TRİP yolunda hər hansı bir formada iştirak etmək istəyini ortaya atmaq absurddur: “Bu yolla bağlı məsələ bitib. Bu yola nəzarət ABŞ-n əlində olacaq. Bu isə o deməkdir ki, Cənubi Qafqazda bundan sonra Rusiya deyil ABŞ olacaqdır. ABŞ olan layihədə Rusiyanın mövcudluğu isə mümkün deyil”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR