İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK

964 10.12.2025 15:42 Dünya A A

Bu ilin 1 yanvarından etibarən Rusiya qoşunları Ukraynanın 4669 kvadrat kilometr ərazisini nəzarətə götürüb. Bu, ölkənin ümumi ərazisinin (603 628 kv. km) 0,77%-i deməkdir.

Musavat.com xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Bu göstərici 2024-cü illə müqayisədə 22% çoxdur - ötən il Rusiya silahlı qüvvələri 3734 kv. km Ukrayna ərazisini işğal etmişdi.

2025-ci ildə Rusiya ordusunun nisbətən daha sürətli irəliləyişi çox böyük itkilər bahasına başa gəlir.

Ukrayna silahlı qüvvələrinin Baş Qərargahının məlumatına görə, ilin əvvəlindən bəri Rusiya tərəfinin həlak olan və yaralanan şəxslər daxil olmaqla ümumi itkiləri 391 min nəfəri keçib. Bu, hər 1 kvadrat kilometrə 83-dən çox ölən və yaralanan rus hərbçisi deməkdir.

Məlumata əsasən, Rusiya ordusunun irəliləyiş tempi “piyada addımını belə ötmür”. Bu vəziyyət hətta son vaxtlar nisbətən daha sürətli irəliləyiş qeydə alınan Qulaypol və Pokrovsk istiqamətlərində də dəyişmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR