İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azərbaycanlı bloqerin şirkəti ləğv edildi

957 21.08.2025 02:29 Şou-biznes A A

Rusiya Federal Vergi Xidməti bloqer Hüseyn Həsənovun şirkətini ləğv edib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bloqer şəxsi inkişaf kurslarını satmaq üçün "Banda" MMC-ni təsis edib. Lakin şirkətin hüquqi ünvanı və əməkdaşları haqqında məlumat etibarsız olub.

İndi Rusiyanın Federal Vergi Xidməti şirkəti ləğv etmək qərarına gəlib və hesabları artıq bloklanıb.

Bundan əlavə, H.Həsənovun kurslarına qarşı ümumilikdə 2 milyon 675 min rubl məbləğində iki iddia qaldırılıb. Bloqer məhkəmələrə az qalmış təsisçilər heyətini tərk edib.

Xatırladaq ki, mayın 14-də Rusiya Daxili İşlər Nazirliyi milyonluq izləyicisi olan bloqeri çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində axtarışa verib. O, qiyabi həbs edilib və indi onu 7 ilə qədər həbs və külli miqdarda pul cəriməsi gözləyir.

H.Həsənov ona qarşı məhkəmə işi açılandan dərhal sonra Moskvadakı mənzilini satıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR