İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada miqrant uşaqları ilə bağlı ŞOK ADDIM - Nazirlik MƏLUMAT YAYDI

732 28.01.2026 09:44 Dünya A A

Rusiya məktəbləri miqrant uşaqlar barədə məlumatları Daxili İşlər Nazirliyinə ötürəcək.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, qanunvericiliyə əsasən, məktəblər və kolleclər miqrant uşaqların təhsil müəssisəsinə qəbulu üçün müraciətləri, rus dili biliklərinin test nəticələrini, həmçinin xarici tələbələrin məktəbə qəbul və ya çıxarılması barədə məlumatları Daxili İşlər Nazirliyinə təqdim edəcək.

Daxili İşlər Nazirliyi öz növbəsində miqrant uşaqların miqrasiya qeydiyyatına alınması və qeydiyyatdan çıxarılması barədə təhsil idarələrini məlumatlandıracaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR