İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı generaldan SƏRT XƏBƏRDARLIQ: "Kiyevin mərkəzinə kütləvi zərbə endiriləcək"

743 08.05.2026 16:14 Dünya A A

Rusiya Dövlət Duması Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın cənubuna hücuma görə Kiyevin bombalanmayacağını bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev danışıb.

Sobolevin sözlərinə görə, Moskva yalnız 9 May bayramını pozmaq məqsədilə paytaxta qarşı kütləvi hücum təşkil ediləcəyi təqdirdə Kiyevə adekvat cavab verəcəyinə söz verib:

"Əgər Kiyev qəfildən bizim böyük bayramımızı pozmaq məqsədilə 9 Mayda Moskvaya kütləvi zərbə endirmək qərarına gələrsə, biz Kiyevin mərkəzinə sarsıdıcı zərbə endirəcəyik. Başa düşmək lazımdır ki, Rusiya prezidenti tərəfindən konkret tapşırıq qoyulub – söhbət bayram günlərində Moskvaya ediləcək hücuma veriləcək sərt cavabdan gedir. Atəşkəsin cari pozulması halları isə bu cavab tədbirləri çərçivəsinə daxil deyil", - deyə deputat vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna tərəfinin Rusiyanın cənub bölgələrində hava hərəkətinə maneələr yaratdığı barədə məlumatlar yayılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR