İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı iş adamları Ermənistandan qaçır

633 16.12.2025 14:29 Dünya A A

Rusiyadan olan iş adamları Ermənistanda həyata keçirdikləri layihələrin perspektivlərini daha ehtiyatla qiymətləndirməyə başlayıblar. APA xəbər verir ki, bunu RİA Novosti-yə Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin bildirib. Onun sözlərinə görə, buna səbəb Samvel Karapetyanın həbsi olub. “Biznes nümayəndələri Ermənistanın investisiya mühitinin dayanıqlığı ilə bağlı suallar verməyə başlayıblar ki, bu da ikitərəfli ticarətin artan dinamikasının qorunmasına çətin ki, xidmət etsin”,-Kaluqin qeyd edib.

Rusiyalı iş adamlarının Ermənistanda həyata keçirdikləri layihələrə, bizneslərinə real təhlükə varmı?

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Musavat.com-a bildirib ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən ölkəsini Rusiyanın asılılığından xilas etmək yolunu tutub:

“Lakin bu, Moskvanı nə qədər pərişan etsə də Rusiya hökuməti bu məsələdə artıq 7 ildən çoxdur heç nə edə bilmir. Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə Moskvanın atdığı bütün addımlar uğursuzluğa düçar olur. Paşinyanın rəhbərlik etdiyi partiya isə bu illər ərzində keçirilən seçkilərdə bir qayda olaraq qələbə qazanır. Təbi ki, bütün bunların fonunda Rusiyanın biznes nümayəndələri investisiyalar yatırmaqla bağlı Ermənistana bir o qədər güvənmirlər”.

Sabiq nazir qeyd edib ki, Paşinyan hakimiyyətinə qədər Ermənistanda özünü suda balıq kimi hiss edən rusiyalı sahibkarlar indi Ermənistanla Rusiya arasında yaranmış gərginlik fonunda ehtiyatlı davranmağa məcbur olublar:

“Bəs onlar nədən qorxurlar? Təbi ki, Rusiyalı iş adamları ilk növbədə Ermənistan hökumətinin onların fəaliyyətinə müəyyən əngəllər yarada bilməsindən ehtiyat edirlər. Yəni Ermənistan hökuməti lazım bildikdə Rusiyalı iş adamlarının fəaliyyətini məhdudlaşdırmaq istiqamətində onlarla bəhanələr ortaya qoya bilər. Ermənilər bu işləri yaxşı bacarırlar. Rusiyalı iş adamları bütün bunları görür, duyurlar və bu səbəbdən Ermənistana yatırımlar etməkdə tərəddüd göstərirlər”.

F.Yusifovun sözlərinə görə, Paşinyan böyük kapitalı olan rusiyalı iş adamlarını hakimiyyəti üçün təhlükə hesab edir.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR