İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya AĞIR ZƏRBƏ: Hərbçiləri bu ölkədən ÇIXARILIR

1339 22.01.2026 12:28 Dünya A A

Suriyanın keçid hökuməti rus hərbçilərindən ölkənin şimalında yerləşən Qamışlı hava bazasından çıxmağı tələb edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, məsələyə dair danışıqlar Qamışlı şəhərinin yerləşdiyi Həsəkə vilayətinin kürd dəstələrinin nəzarətindən mərkəzi hakimiyyətin tabeliyinə keçməsindən sonra başlana bilər.

Yanvarın 20-də axşam Dəməşq kürd komandirlərə Həsəkəni dövlət strukturlarına sülh yolu ilə inteqrasiya planını hazırlamaq üçün dörd gün vaxt verib. Bu vilayət kürdlərin son mövqeyi hesab olunur.

Dəməşq Qamışlı hava bazasının statusu məsələsini Moskva ilə aparılacaq dialoqda qaldıracaq. Bu, kürd qruplaşması “Suriya Demokratik Qüvvələri” Həsəkə vilayətini, yəni hərbi hava limanının yerləşdiyi son mövqelərini mərkəzi hakimiyyətə təhvil verdikdən sonra baş verəcək.

“Məncə, ruslardan Qamışlıdan tamamilə çıxmaları tələb olunacaq. İndi onların orada qalmağa səbəbi yoxdur,” - deyə mənbə bildirib.

O əlavə edib ki, Şimali-Şərqi Suriyada hərbi mövcudluğunu qoruyan ABŞ da missiyasını azaldıb və kürdlərə əlavə dəstək göstərməkdən imtina edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR