İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvili: Gürcüstan qonşularla münasibətləri korlayır

546 02.12.2025 16:03 Siyasət A A

Həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ölkənin hazırkı hakimiyyətini yalnız Qərb tərəfdaşları ilə deyil, yaxın qonşular - Ermənistan və Azərbaycanla münasibətləri də pisləşdirməkdə ittiham edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, facebook səhifəsində yazıb.

“(Gürcüstanın baş naziri İrakli) Kobaxidze Ermənistandan Tiflisdən qaçmış gürcü QHT-lərini İrəvandan çıxarmağı (İrəvan indi gürcülərlə doludur, çünki Qərb vəsaiti ilə əvvəllər Gürcüstanda keçirilən konfransların hamısı indi İrəvana köçürülüb) və onların hesablarını bağlamağı tələb edir. Paşinyan hökuməti isə cavab olaraq bildirir ki, Ermənistanda “xarici agent” haqqında qanun yoxdur və nəzərdə tutulmur, buna görə də gürcülərin azadlıqlarının məhdudlaşdırılması üçün heç bir əsas yoxdur. Buna cavab olaraq Kobaxidze İrəvanı malların daşınmasına məhdudiyyətlərlə hədələyir”, – deyə Saakaşvili qeyd edib.

Keçmiş prezident Gürcüstan tərəfinin Azərbaycan üçün də problemlər yaratmağa başladığını diqqətə çatdırıb.

“Bu arada Tiflis artıq Azərbaycan üçün də mal daşınması ilə bağlı problem yaradıb. Azərbaycan mediası haqlı olaraq bunun arxasında Rusiyanın təsirini görür”, – Saakaşvili vurğulayıb və “rəsmi Bakının haqlı qəzəbini” qeyd edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR