İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq icra başçısı Saleh Rüstəmovun Əli Kərimli barədə etirafları yenidən gündəmdə VİDEO

2426 01.12.2025 10:04 Ölkə A A

Sosial şəbəkələrdə Gədəbəy rayonunun sabiq icra başçısı, AXCP üzvü Saleh Rüstəmovun illər əvvəl verdiyi ifadələrin videosu yenidən müzakirələrin mərkəzinə çevrilib.

Musavat.com bildirir ki, kadrlar köhnə olsa da, hazırkı siyasi proseslərin kontekstində geniş rezonans yaradıb.

Videoda Rüstəmov açıq şəkildə bildirir ki, uzun müddət ərzində AXCP sədri Əli Kərimliyə mütəmadi olaraq böyük məbləğlərdə pul göndərib. Onun sözlərinə görə, hər dəfə 20–30 min dollar aralığında vəsait çatdırılıb və pul alındıqdan sonra Əli Kərimli tərəfindən “bəy, çatdı” məzmunlu WhatsApp mesajı ilə təsdiq göndərilib.

Məlumatlarda qeyd olunur ki, Rüstəmovun adı 2016–2019-cu illərdə AXCP-yə və müxtəlif müxalif qruplara xaricdən maliyyə axını təşkil etməkdə hallanıb. O dövrdə istintaq materiallarında həm bir neçə min dollarlıq köçürmələrdən, həm də yüz minlərlə dollara çatan məbləğlərdən danışılırdı.

Mövzu son günlər yenidən aktuallaşıb. İstintaqa dəvət edildiyi haqda xəbərlər yayılan Rüstəmov daha sonra sərbəst buraxılıb.

Videonu təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR