İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq millət vəkili orqanlarını bağışladı: "Ölümümdən sonra…"

1269 03.03.2026 00:28 Ölkə A A

Musavat.com xəbər verir ki, sabiq millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev 63 yaşının tamam olması münasibətilə sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.

O, vəfatından sonra orqanlarını bağışlamaq barədə qərar verdiyini açıqlayıb.

Etibar Əliyev bu barədə fikirlərini belə ifadə edib:

ETİRAF!

63 yaşım tamam oldu. Bəzi deputatlar ölümdən sonra orqanlarını bağışlamaq barədə vəsiyyət ediblər. Mən də onlara qoşuluram. Lakin bir şərtlə: Orqanlardan əvvəl universal kitabxanamı bağlı olduğum Universitetə bağışlayacam. Yəni kitablar məni bayıra atmamışdan əvvəl bunu edəcəm. Kitabxanamda avtoqrafı olan bir neçə tanınmış alimin kitabı var. Orqanlar nə zamansa sıradan çıxacaq. Avtoqraf isə nəsildən nəsilə keçərək yaşayacaq. 

resize.jpg (195 KB)

Hamınıza uzun ömür, can sağlığı arzulayıram. Düşüncəmə görə gənc nəsilə yetərincə bilik verə bilmədik. Günahkarıq…
Əslində zamanı boşuna xərclədiyimiz üçün buna imkan olmadı. Zaman bizim nəslin əleyhinə işlədi. Biz də zamanın əleyinə…

Sabiq deputatın bu açıqlaması ictimaiyyətdə maraqla qarşılanıb. O, xüsusilə şəxsi kitabxanasını universitetə bağışlamaq qərarını mənəvi miras kimi dəyərləndirib və biliklərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb.

Etibar Əliyev deputatlıq dönəmində ictimai-siyasi proseslərdə fəal mövqeyi ilə seçilib. Eyni zamanda aktual mövzularda çoxsaylı yazıların müəllifidir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR