İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahbaz Şərif nə qədər çalışsa da, Pezeşkianı saxlaya bilmədi - MARAQLI GÖRÜNTÜLƏR

1196 24.06.2026 14:29 Dünya A A

İran prezidenti Məsud Pezeşkianın Pakistana səfəri çərçivəsində keçirilən ağacəkmə mərasimindən yayılan görüntülər sosial mediada geniş müzakirələrə yol açıb.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Pezeşkian Pakistanın baş naziri Şahbaz Şəriflə birlikdə İran və Pakistan dostluğunu simvolizə edən fidanın əkilməsi mərasimində iştirak edib.

Mərasim zamanı liderlər fidanı əvvəlcədən hazırlanmış əraziyə yerləşdirərək ətrafına torpaq töküblər.

Videoda Pezeşkianın fidanı yerinə qoyduqdan sonra torpaq tökməyə davam etdiyi görünür. Eyni zamanda, Şahbaz Şərifin jestlərlə mərasimin rəmzi hissəsinin başa çatdığını bildirməyə çalışdığı diqqət çəkir.

Kadrlarda baş nazirin təbəssümlə bir neçə dəfə mərasimi yekunlaşdırmağa cəhd edərək Pezeşkiana toxunduğu, Pezeşkianın isə işini davam etdirdiyi əks olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR