“Müqəddəsi tapdalamaqla və türmələri doldurmaqla ölkəni saxlamaq mümkün deyil”
Musavat.com xəbər verir ki, Ermənistanda həbsdə olan iş adamı Samvel Karapetyan yayımladığı mesajda bildirib ki, müqəddəs dəyərlərin tapdanması və türmələrin kütləvi şəkildə doldurulması ölkəni böhrandan çıxarmağa və dövlət problemlərini həll etməyə qadir deyil.
Onun sözlərinə görə, bu cür siyasət nə cəmiyyətin həyat səviyyəsini yaxşılaşdırır, nə də ölkəni sabitlik və inkişaf yoluna aparır. Karapetyan vurğulayıb ki, bütün ağır məqamlara baxmayaraq, erməni xalqı çətinlikləri dəf etmək iradəsi ilə seçilir və bu mərhələnin də öhdəsindən gələcəyinə inanır.
Həbsdə olan iş adamı həmçinin iddia edib ki, “bir neçə ay sonra ədalətin qələbəsi, ləyaqətin bərpası, şərin məğlubiyyəti və Ermənistan üçün yeni rifah dövrünün başlanması qeyd olunacaq”.
Musavat.com






