İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada baş nazirin evini və avtomobilini yandıran iki ukraynalı məhkum edilib

538 19.06.2026 20:38 Dünya A A

Britaniyada baş nazir Kir Starmerə məxsus olan evi və avtomobili pul müqabilində qəsdən yandıran iki ukraynalı məhkum edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, məhkəmə 22 yaşlı Ukrayna vətəndaşı Roman Lavrinoviçə 7, Ukrayna əsilli 27 yaşlı Rumıniya vətəndaşı Stanislav Karpyuka isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.

İstintaqa görə, gənclər Telegram vasitəsilə müəyyən məbləğdə pul müqabilində işə cəlb ediliblər. Qəsdən edilən yanğınlardan əvvəl Lavrinoviçə ifrat sağçı plakatlar yapışdırmaq tapşırılıb. Hakim onu asanlıqla manipulyasiya edilən "faydalı axmaq" adlandırıb. Dindirmə zamanı Lavrinoviç Starmerin kim olduğunu bilmədiyini deyib.

“Romanın zəif sağlamlığı onun zehni qabiliyyətlərinə çox erkən yaşlarından təsir edib və mən onu pis insanlardan qorumaq üçün əlimdən gələni etməyə çalışmışam. Amma o, çox sadəlövhdür", - deyə Lavrınoviçin anası bildirib.

Hakim Karpyukun hücumlarda "dəstəkləyici rol" oynadığını bildirib.

Üçüncü şübhəli, 35 yaşlı ukraynalı Petro Poçinok sui-qəsddə günahsız bilinib.

Məhkəmədən sonra Britaniya tənzimləyicisi Ofcom Telegram-a sorğu göndərərək, onun zorakılığa çağırışları və cinayətkarların cəlb edilməsini necə aşkarladığını izah etməsini xahiş edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR