İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblərə cinayət işi başlanılıb - YENİLƏNİB

7018 18.08.2025 12:15 Hadisə A A

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb.

DİN Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

Bakıda bir qrup əcnəbi turistin Şəhidlər Xiyabanında çəkdikləri etikadan kənar videolar sosial şəbəkələrdə yayılıb.

Musavat.com xəbər verir ki, məlumatlara görə, ərəb vətəndaşları şəhid məzarları önündə qəbuledilməz hərəkətlər ediblər.

Bu hadisə ictimaiyyət arasında ciddi narazılıq doğurub. Artıq həmin şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onların davranışlarına qanun çərçivəsində qiymət veriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR