İnsanlara hürriyət, millətlərə istiqlal!

Seneqal sahillərində üçüncü tankere hücum iddiası

570 30.11.2025 21:33 Dünya A A

Seneqal sahillərində rus neftini daşıdığı güman edilən üçüncü tankerin də hücuma məruz qaldığı iddia edilir.

Musavat.com xəbər verir ki, türkiyəli jurnalist Ahmet İzayın məlumatına görə, M/T Mersin (təxminən 50 000 DWT) adlı tankerin təhlükəli insidentlə üzləşməsi ehtimal olunur.

Türkiyənin dəniz nəşrləri bildirir: “Üçüncü insident: M/T Mersin adlı tanker ehtimal olunur ki, Rusiya nefti daşıyırdı və Seneqal sahillərində hücuma məruz qalıb. Beynəlxalq mənbələrdən təsdiq hələ ki, yoxdur. Təfərrüatlar qeyri-müəyyəndir və hər hansı yekun nəticə çıxarmaq üçün tezdir”.

Hadisə barədə nə Türkiyə tərəfindən, nə də Qərb dəniz müşahidəçiləri tərəfindən rəsmi təsdiq verilib. Ekspertlər bölgədə son zamanlar artan təhlükəsizlik risklərinə diqqət çəkərək bu kimi məlumatların ehtiyatla dəyərləndirilməli olduğunu bildirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR