İnsanlara hürriyət, millətlərə istiqlal!

Sensasion SSENARİ: “O halda Putin hakimiyyətdən gedəcək...”

2470 09.07.2026 08:13 Region A A

“Ukrayna Krımı təcrid etməyə nail olarsa, bu, Rusiya daxilində ciddi siyasi nəticələrə səbəb ola və hətta Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafını ona qarşı sui-qəsd və ya hakimiyyət çevrilişi cəhdinə təhrik edə bilər”.

Bunu Ukraynanın sabiq xarici işlər naziri Vladimir Oqrızko deyib.

“İndidən internetdə “Putin nə üçün bizə lazımdır?”, “Nə baş verir?”, “Niyə bunun cəzasını biz çəkməliyik?” kimi başlıqlı videolar geniş yayılır. Artıq rejimin dəyişdirilməsinin zəruriliyi ilə bağlı da fikirlər səsləndirilir. Bu isə cəmiyyətdə əhvali-ruhiyyənin həqiqətən dəyişməyə başladığını göstərir. Hazırda onların qarşısında Putini təcrid etmək və ya onu aradan götürmək, daha sonra isə indiyədək toplanmış bütün problemlərin məsuliyyətini onun üzərinə yükləmək üçün ideal imkan yaranıb”, - keçmiş nazir qeyd edib.

Bu variantlardan hansı biri mümkündür?

Tərtər hadisələrinin bənzər forması Naxçıvanda keçirilib" - Heydər Oğuz  inanılmaz DETALLAR açıqladı - VİDEO

Musavat.com-a bu barədə açıqlama verən siyasi şərhçi Heydər Oğuz bir qədər fərqli fikirləşir. Onun fikrincə, Krımın rus işğalından xilas edilməsi həqiqətən də Kreml üçün dəhşətli itki sayılacaq: “Çünki Qara dənizin ortasında yerləşən Krım vasitəsilə Rusiya həm Bolqarıstan, Rumıniya, Türkiyə kimi NATO ölkələrinə nəzarət edir, həm də ortamənzilli raketləri və strateji aviasiyaları ilə İran körfəzi və Hörmüz boğazını nəzarət altında saxlayır. Krımı itirmək bu mənada Qara dənizdə Novorossiyski limanına sığınmaq, Azov dənizindən Qara dənizə açılmaq imkanından məhrum olmaq, Kerç boğazından vaz keçmək, Şərqi Avropaya nəzarət imkanını əldən vermək anlamına gəlir. Bir ucu Hörmüz boğazından başlayıb bir ucu Balkan yarımadasında bitən geniş və olduqca mühüm geostrateji əhəmiyyətə malik əraziləri itirmək Rusiya üçün asan olmaz.

Bununla belə, geostrateji avantajları itirmək Putin administrasiyasının devrilməsi üçün əsas sayıla biləcəyinə inanmıram. Dərd burasındadır ki, Rusiya çoxdan imperial hədəflərini itirmiş orta ölçülü ölkədir. Onun imperial hədəflər üçün hakimiyyəti devirəcəyinə inanmıram. Rusiya o hədəflərini SSRİ dağıldıqdan sonra itirib. İndi bu ölkənin insanlarını gündəlik məişət qayğıları maraqlandırır. Bir qarın dolusu çörək, yeməyinə nəşə qatacaq “Vodka”, maşınını hərəkətə gətirən bir konister benzin rus vətəndaşı üçün daha dəyərlidir, nəinki Fars körfəzindən Balkanlara qədər əraziləri nəzarət altında saxlamaq.

Fikrimcə, bu imperial hədəflər Rusiyanı idarə edən dərin dövlətçiləri də artıq düşündürmür. Onlar da başa düşürlər ki, indiki vəziyyəti ilə Rusiya I Pyotrdan qalma imperialist vəsiyyətləri reallaşdıra bilməyəcək. Dünyaya nəzarət uğrunda istəsələr də, istəməsələr də ABŞ-a, Çinə və onların dəstəklədiyi regional güclərə uduzacaqlar. Bu durumda ən praqmatik yol əllərindəki imkanları və əraziləri qorumaqdır. Bu isə yeni güc mərkəzləri ilə amansız mübarizələrdən keçmir. Əksinə, mümkün olduğu qədər bundan yayınmaq və loru dildə desək, “dəlinin yadına daş salmamaqdır””.

Heydər Oğuz hesab edir ki, Ukrayna əgər Putini tamamilə nüfuzdan salıb devirmək istəyirsə, iki əsas hədəfə yönəlməlidir: “Bunlardan biri onu enerji böhranına sürükləmək və hərbi sənaye komplekslərini işləməz hala gətirməkdir. Onsuz da bu istiqamətdə əlindən gələni edən Ukrayna ordusu Rusiyaya aid neft, qaz və elektrik enerjisi müəssisələrini məhv etməyə daha artıq yönəlməlidir.

Digər optimal yol Rusiyanı aclıqla imtahana çəkməkdir. Rusiyanın son 100 illik tarixi bir daha sübut edib ki, bu ölkəni yalnız iki problemlə ram etmək olar: soyuq və aclıqla. Fikrimcə, Ukrayna vasitəsilə Rusiyaya qarşı mübarizə aparan güc mərkəzləri də bunun fərqindədirlər və məhz bu səbəbdən də Ukraynanın müasir silahlarla təchizatına və Rusiyanın dərinliklərindəki enerji müəssisələrinə zərbə endirilməsinə “yaşıl işıq” yandırıblar. Çünki bilirlər ki, qış yaxınlaşdıqca Rusiyanın istilik enerjisinə həssaslığı daha da artacaq. Neft, qaz və elektrik enerjisi tədarük imkanlarını itirən Rusiya soyuq qış aylarında ya ağ bayraq qaldırmağa məcbur olacaq, ya da mərkəzi şəhərlərdə ayağa qalxmış xalqın üsyanları ilə üzləşəcək.

Digər tərəfdən müasir çağımızda yanacaq və elektrik enerjisi qida təhlükəsizliyi deməkdir. Çünki çörək və digər qida məhsulları da məhz bu enerjilərlə istehsal olunur. Qida yetərsizliyi ilə imtahana çəkilən Rusiyanın təslim olmaqdan başqa çarəsi qalmaz. Necə ki, 1917-ci ildə Rusiyanın ən güclü çarlarından olan Nikolay da aclıqdan əziyyət çəkən Piter fəhlələrinin üsyanı nəticəsində devrilmiş və Rusiya qələbə qazanmağa yaxın olduğu I Dünya müharibəsindən çəkilmək məcburiyyətində qalmışdı. Zənnimcə, Ukrayna da Putini ancaq bu yolla “ağ bayraq” qaldırmağa məcbur edə bilər. Və açığı, Kiyevin bu istiqamətdə irəliləməkdə olduğunu sezməmək mümkün deyil”.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR