İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-dan dünyaya xəbərdarlıq: “Əməliyyatlar bitməyəcək”

3743 09.03.2026 00:31 Dünya A A

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məhəmməd Rza Nəğdi ölkəsinin hərbi strategiyası ilə bağlı sərt bəyanat verib.

Musavat.com xəbər verir ki, o, İranın hərbi əməliyyatlarının davam edəcəyini bildirib.

Generalın sözlərinə görə, Tehran Fələstin məsələsində geri çəkilmək niyyətində deyil və əməliyyatların dayandırılması üçün heç bir əsas yoxdur.

Nəğdi həmçinin vurğulayıb ki, İranın hərbi texnika ilə bağlı heç bir problemi yoxdur və ölkədə raket istehsalı tam gücü ilə davam edir.

“Hərbi texnika ilə bağlı narahatlıq üçün heç bir səbəb yoxdur. Bu sahədə heç bir problemimiz yoxdur və raket istehsalı tam sürətlə davam edir”, – deyə SEPAH generalı qeyd edib.

Onun sözlərinə görə, İranın hərbi əməliyyatları Fələstin tam azad edilənə qədər davam etməlidir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR