İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddəki erməni kəndləri sürətlə boşalır - nəyin hazırlığı?

1271 18.12.2025 11:39 Gündəm A A

Revanşistlər sülh prosesinə zərbə vurmaq üçün yeni bəhanələr axtarır - Bakıdan xəbərdarlıq 

“Ermənistanın Azərbaycanla sərhədyanı ərazilərindəki kəndləri sürətlə boşalır”. Bunu “Bizim yol” hərəkatının koordinatoru Narek Karapetyan deyib. Onun sözlərinə görə, kəndlərin boşalmasına birinci səbəb guya Azərbaycan Ordusundan qorxudur. “İllərdir Gorus xalqı türk görmürdü və bu gün Teğ (Dığ-red.) kəndindən kənarda bir dənə də olsun erməni yaşamır”. Karapetyan işsizliyin də prosesə təsir etdiyini bildirib. O deyib ki, hökumət sanki bunu məqsədli şəkildə edir. Həbsdə olan rusiyalı milyarder, “Taşir” qrupunun rəhbəri Samvel Karapetyanın qohumu kimi tanınan Narek Karapetyan bu çıxışı ilə ictimai rəyi manipulyasiya etmək istəyib. Halbuki ötən həftə baş nazir Paşinyan Kirants kəndində olub, əhali ilə görüşüb və Azərbaycan əsgərinin olduğu mövqeyə yaxın yerdə dayanaraq çıxış edib. Baş nazir əmin edib ki, sərhəddə eskalasiya gözlənilmir, sülh quruculuğu prosesi gedir və kənd camaatının köçəcəyi haqda əvvəldən deyilən şayiələr də özünü doğrultmadı. Bununla belə, Ermənistanda müxalifət təbliğat aparır ki, sərhəd kəndləri boşalır, guya Azərbaycan Ordusu Ermənistan ərazilərinə daxil olacaq. Ermənilərin sülh əleyhinə bu təbliğatı və sərhəd bölgələrində yaşayan insanları qorxutmaq niyyəti hansı məqsədə xidmət edir?

Burada kənar təsirlər ola bilərmi? Faktiki olaraq şərti sərhədlərdə Avropa İttifaqının mülki missiyası - əslində isə kəşfiyyat dəstələri - var. Onlar hansısa gərginliyi müşahidə etsəydilər, hay-küy qoparardılar. Azərbaycanın isə sülhə sadiqliyi Ermənistana da bəllidir.

Prezident İlham Əliyevin Qazaxıstan səfəri zamanı Ermənistana yük daşımalarına olan məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərarı açılmasından sonra Ermənistana Azərbaycandan keçməklə taxılın ixracı başlayıb. Eyni zamanda Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsi bu yaxınlarda (28 noyabr) Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan arasında keçirilən görüşdə müzakirə olunub. Ekspertlər düşünürlər ki, məhz Qazax-İcevan yolu Ermənistana taxıl və neft daşıması üçün ən yaxşı yoldur və bərpa edilməlidir. Görünən budur ki, Ermənistandakı revanşistlər sülh prosesinə zərbə vurmaq üçün fürsət axtarır.

Belə bir durumda gərginliyin anonsu verilir. Hesab olunur ki, Rusiyanın Ermənistandakı seçkiqabağı planları da şərti sərhədlərdə hansısa gərginliyə rəvac verə bilər. Eyni zamanda erməni revanşistlər, “5-ci kolon” hansısa təxribatlara əl ata bilərlər. Bütün bunlarla bağlı nələr demək olar?  Burada kənar təsirlər ola bilərmi? Faktiki olaraq şərti sərhədlərdə Avropa İttifaqının mülki missiyası - əslində isə kəşfiyyat dəstələri - var. Onlar hansısa gərginliyi müşahidə etsəydilər, hay-küy qoparardılar. Azərbaycanın isə sülhə sadiqliyi Ermənistana da bəllidir. Rusiyanın Ermənistanlakı seçkiqabağı planları da şərti sərhədlərdə hansısa gərginliyə rəvac verə bilər. Eyni zamanda erməni revanşistlər, “5-ci kolon” hansısa təxribatlara əl ata bilərlər.

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Tural İsmayılov bildirdi ki, sərhədyanı erməni kəndlərinin “sürətlə boşalması” barədə yayılan xəbərlər ilk baxışdan humanitar problem təsiri bağışlasa da, mahiyyət etibarilə bu, klassik siyasi manipulyasiya nümunəsidir: “Burada nə real hərbi təhlükə var, nə də Azərbaycanın belə bir niyyəti. Var olan əsas məsələ - Ermənistanda sülh prosesinə qarşı aparılan planlı psixoloji əməliyyatdır. Əvvəla, Azərbaycan Ordusunun guya Ermənistan ərazisinə daxil olacağı qorxusu tamamilə uydurmadır. Rəsmi Bakı 44 günlük müharibədən sonra davranış modeli ilə açıq şəkildə göstərdi ki, hərbi gücdən yalnız beynəlxalq hüquq çərçivəsində və öz suveren ərazilərinin bərpası üçün istifadə edir. Bugünkü mərhələdə isə Azərbaycan regionda yeni müharibə yox, yeni nizam qurmaq istəyir. Prezident İlham Əliyevin bütün çıxışlarında sülh müqaviləsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması xətti ardıcıl şəkildə vurğulanır. Bu, taktiki manevr yox, strateji xətdir. Paşinyanın Kirants kəndində, Azərbaycan mövqelərinə yaxın ərazidə dayanaraq "eskalasiya olmayacaq" mesajı verməsi də təsadüfi deyil". T.İsmayılovun sözlərinə görə, Ermənistan hakimiyyəti də anlayır ki, real təhlükə Bakıdan yox, daxili siyasi sabitsizlikdən və radikal revanşist dairələrdən qaynaqlanır: “Ancaq problem ondadır ki, Paşinyan hökuməti bu dairələrlə açıq və qəti mübarizə aparmaq gücündə deyil. Nəticədə boşluq yaranır və bu boşluğu Narek Karapetyan kimi fiqurlar doldurur. Narek Karapetyanın çıxışı sıradan "narahat vətəndaş" mövqeyi deyil. Onun Taşir imperiyası, rus kapitalı və Moskva ilə əlaqələri kontekstində danışması bu ritorikanın haradan qidalandığını aydın göstərir. Məqsəd sadədir: sərhəd bölgələrində qorxu yaratmaq, əhalini köçə məcbur etmək, sonra isə bu boşalmaları “Azərbaycan təhlükəsi” kimi təqdim edərək sülh prosesini sabotaj etmək. Bu, köhnə ssenaridir, sadəcə, dekorasiyası dəyişib". STM təmsilçisi qeyd etdi ki, əgər doğrudan da real təhlükə olsaydı, şərti sərhədlərdə dolaşan Avropa İttifaqının mülki missiyası artıq həyəcan təbili çalardı. Onlar xırda insidentləri belə şişirtməyi bacaran strukturlardır: “Amma susurlar. Çünki müşahidə etdikləri reallıqla erməni müxalifətinin danışdığı nağıl üst-üstə düşmür. Bu da bir daha göstərir ki, söhbət təhlükəsizlikdən yox, daxili və xarici siyasi oyunlardan gedir”. Siyasi şərhçinin fikrincə, Rusiya faktoru ayrıca diqqət tələb edir: “Ermənistanın seçkiqabağı dövrə yaxınlaşması Moskvanın aktivləşməsi üçün münbit zəmin yaradır. Kreml regionda sülhün tam bərqərar olmasında maraqlı deyil, çünki sülh Rusiyanın "vasitəçi", “təhlükəsizlik təminatçısı” rolunu sıfırlayır. Sərhəddə gərginlik şayiələri, kəndlərin boşaldılması görüntüsü, revanşist isterika - bunların hamısı Rusiyanın təsir rıçaqlarını qorumağa xidmət edir. Ermənistandakı “5-ci kolon” da məhz bu xətt üzrə işləyir. Revanşistlər yaxşı anlayır ki, sülh müqaviləsi imzalanarsa, onların illərlə qurduğu mifologiya, qorxu üzərində dayanan siyasi kapitalı darmadağın olacaq. Ona görə də son ümidləri insanları qorxutmaq, sərhəd kəndlərini psixoloji cəbhəyə çevirməkdir. Amma bu da uzunömürlü strategiya deyil. Nəticə etibarilə, sərhədyanı kəndlərin boşalması real təhlükənin yox, süni qorxunun məhsuludur. Azərbaycan bu prosesdə sakit, rasional və məsuliyyətli davranışı ilə regional liderliyini bir daha nümayiş etdirir. Bakı emosiyaya yox, hesablanmış siyasətə üstünlük verir. Ermənistan isə nə qədər tez revanşist xəyallardan imtina edib bu reallığı qəbul etsə, region üçün bir o qədər yaxşı olacaq. Tarix göstərir: qorxu üzərində qurulan siyasət gec-tez öz müəlliflərini yarı yolda qoyur".

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR