İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərxoş sürücü həbs edildi

878 09.10.2025 10:59 Ölkə A A

Bakıda sərxoş sürücü həbs edilib.

Bu barədə Musavat.com-a BŞDYPİ-dən məlumat verilib.

Bildirilib ki, yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən və polisin qanuni tələbinə tabe olmayan "Volksvagen" markalı, 90-CC-534 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Eyvaz Kərimov saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü E.Kərimov inzibati qaydada həbs edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR