Müğənni Zamiq Hüseynov ailəsi ilə birlikdə yay istirahətinə yollanıb.
Musavat.com xəbər verir ki, sənətçi bu dəfə tətil üçün Türkiyənin məşhur Bodrum kurortunu seçib.
Dəniz və günəşdən zövq alan Zamiq istirahət anlarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Müğənninin paylaşdığı görüntülərdə ən çox diqqət çəkən məqamlardan biri oğlu Zeynin əyləncəli anları olub. Ata-oğulun səmimi və xoş görüntüləri izləyicilər tərəfindən maraqla qarşılanıb, paylaşıma çoxsaylı bəyəni və rəylər gəlib. Zamiq tez-tez övladı ilə bağlı paylaşımlar edərək ailəsinə olan bağlılığını nümayiş etdirir.
Qeyd edək ki, Zamiq Hüseynov Aydan adlı xanımla ailəlidir. Cütlüyün Zeyn adlı oğlu var.
Könül
Musavat.com






