İnsanlara hürriyət, millətlərə istiqlal!

Sidney terrorunda ölənlərin sayı 16-ya çatdı: rəsmi açıqlama VİDEO

581 15.12.2025 00:46 Dünya A A

Avstraliyanın baş naziri Entoni Albanese Sidneydə Hanuka bayramının qeyd edildiyi vaxt Bondi çimərliyində baş verən silahlı hücumu yəhudi icmasına qarşı məqsədli terror aktı adlandırıb.

Musavat.com xəbər verir ki, baş nazir hadisəni “təmiz şər aktı” kimi xarakterizə edərək dövlətin hücuma cavab üçün bütün zəruri resursları səfərbər edəcəyini bildirib.

Albanesenin sözlərinə görə, hücum konkret olaraq yəhudi icmasını hədəf alıb və cinayətdə iştirak edənlərin hamısı məsuliyyətə cəlb ediləcək. 

Məlumata görə, 14 dekabrda naməlum silahlı şəxslər Sidneydə Bondi çimərliyi ərazisində Hanuka bayramına həsr olunmuş tədbir zamanı insanlara atəş açıblar. Hadisə nəticəsində 16 nəfər ölüb, 40 nəfər yaralanıb. Hücum anında ərazidə azı 1 min nəfərin olduğu bildirilir.

Rəsmi məlumatlara əsasən, silahlı şəxslərdən biri hadisə yerində zərərsizləşdirilib, ikinci şəxs yaralı vəziyyətdə saxlanılaraq tibbi yardım göstərilib. Üçüncü şübhəli isə polisə könüllü təslim olub. Hadisə hüquq-mühafizə orqanları tərəfindən terror aktı kimi təsnif edilib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR