Fransada məhkəmə anestezioloq Frederik Peşeni 12 pasiyentin qətlində və daha 30 nəfərin zəhərlənməsində təqsirli bilərək ömürlük azadlıqdan məhrum edib. Bu barədə The Guardian nəşri məlumat yayıb.
Musavat.com xəbər verir ki, məhkəmə materiallarına əsasən, Peşe təxminən on il ərzində Bezanson şəhərində yerləşən özəl klinikalarda pasiyentləri qəsdən zəhərləyib. O, anesteziya preparatlarının tərkibini dəyişdirib və ya parasetamolu zədələyib. Zərərçəkənlərin yaşı 4-dən 89-a qədər olub.
İstintaq müəyyən edib ki, “Ölüm doktoru” ləqəbi ilə tanınan Peşe cinayətlərini gizlətmək məqsədilə bəzən qurbanların reanimasiyasında şəxsən iştirak edib. Eyni zamanda, o, münaqişə yaşadığı və ya rəqabət apardığı həmkarlarının pasiyentlərini hədəf seçib.
Araşdırma çərçivəsində səbəbi izah olunmayan ürək dayanması da daxil olmaqla 70-dən çox ağır tibbi fəsad faktı araşdırılıb. Təqsirini inkar etməsinə baxmayaraq, məhkəmə Peşeni silsilə qatil kimi tanıyıb və ömürlük həbs cəzası çıxarıb. Hökmün 10 gün ərzində apellyasiya olunması mümkündür.
Musavat.com






