Müğənni Rəqsanə İsmayılova bir müddət əvvəl qalmaqal yaşadığı jurnalist Səidə Bəkirqızının verilişinin qonağı olub.
Musavat.com xəbər verir ki, sənətçi proqram zamanı səhhəti ilə bağlı etiraf edib. O bildirib ki, sinə nahiyəsində bədxassəli şiş aşkarlanıb və bu səbəbdən bir müddətdir müalicə alır.
“Sinə nahiyəmdə bədxassəli şiş var. Moskvada müalicə alırdım. Sentyabrda müalicələrə başlamalı idim, bura gəldim. Başıma gələn hadisələrə görə müalicə yarımçıq qaldı. Çox təcili əməliyyata getməliyəm. Moskvada dedilər ki, tamamilə götürülməlidir, amma mən qorxdum. Dedim ki, bir az gözləsin. Amma xəstəlik borcu gözləmir”, – deyə Rəqsanə İsmayılova bildirib.
Daha sonra Rəqsanə qızının da xəstəliyindən danışaraq göz yaşı töküb.
Könül
Musavat.com






