İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirvanda “Azərsilah” zavodunda partlayış: ehtiyatda olan mayor həlak olub

1590 14.11.2025 17:01 Ölkə A A

Bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib və nəticədə müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Musavat.com xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, bədbəxt hadisə nəticəsində ölən Adil İsmayılov ehtiyatda olan mayor olub.

1969-cu il təvəllüdlü A.İsmayılov Yardımlının Arus kəndindəndir.

Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş A.İsmayılov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında da xidmət edib.

2010-cu ildə mayor rütbəsində ehtiyata buraxıldıqdan sonra Müdafiyə Sənayesi Nazirliyinin müəsisələrinin birində mühəndis–sınaqçı, daha sonra Sınaq sahəsinin rəisi vəzifəsində çalışıb.

Ailəlidir, 3 övladı və 4 nəvəsi var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR