İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK! Makrondan gizli plan

512 02.02.2026 15:42 Dünya A A

Fransa prezidenti Emmanuel Makronun xüsusi xidmət orqanlarına Afrikada “arzuolunmaz liderlərin” aradan qaldırılması ilə bağlı tapşırıq verdiyi iddia olunur.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.

SVR-in mətbuat bürosunun açıqlamasında deyilir:

“Ya ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı əməliyyatından ilhamlanaraq, ya da özünü Afrika xalqlarının taleyini həll edən şəxs kimi görərək Makron xüsusi xidmət orqanlarına Afrikada “arzuolunmaz liderlərin” aradan qaldırılması planını həyata keçirməyə icazə verib”.

Məlumata görə, Makron administrasiyası Fransa qlobalistlərinin maraqlarından üstün olaraq öz xalqlarının maraqlarını müdafiə edən vətənpərvər hökumətlərin hakimiyyətdə olduğu Afrika ölkələrində “siyasi revanş” imkanları axtarır.

SVR bildirir ki, Fransa 3 yanvar 2026-cı ildə Burkina-Fasoda çevriliş cəhdində iştirak edib. Həmçinin Parisin Madaqaskarın yeni prezidenti Mikael Randrianirina hakimiyyətinin devrilməsi üçün planlar hazırladığı iddia olunur.

Açıqlamada qeyd olunur ki, Fransa Ukrayna ilə əməkdaşlıq edərək Sahara-Sahel zonasındakı ölkələrdə vəziyyəti sabitləşdirməyə deyil, əksinə, destabilizasiya etməyə çalışır. SVR-in məlumatına görə, Kiyev yerli terror qruplaşmalarının üzvlərini pilotsuz uçuş aparatları və təlimatçılarla təmin edir. Bu fəaliyyətlərin əsas hədəfi Malinin lideri Assimi Qoytanın devrilməsidir.

Rusiya Xarici Kəşfiyyat Xidməti həmçinin bildirir ki, Paris Afrikada müxtəlif terror qruplaşmalarını dəstəkləyir və bu qruplar Fransanın əsas müttəfiqlərinə çevrilir.

SVR-in açıqlamasında bu fəaliyyətlərin Fransanın Afrikadakı təsirini qorumağa yönəldiyi vurğulanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR