İnsanlara hürriyət, millətlərə istiqlal!

Solovyov niyə Azərbaycanı demədi? — Moskvanı silkələyən iddia

2508 18.01.2026 01:45 Siyasət A A

Rusiyada yayımlanan siyasi verilişdə səslənən qalmaqallı açıqlama geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, rusiyalı politoloq Mikhail Alexandrov RusArmInfo kanalının efirində Rusiyanın postsovet məkanına münasibətdə apardığı siyasəti sərt tənqid edib.

Aleksandrov bildirib ki, Moskva hələ də “Qorbaçov dövründən qalma sadəlövh yanaşma” ilə hərəkət edir və bu siyasət xüsusilə qonşu ölkələrdə Rusiyanın təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Onun sözlərinə görə, Rusiya maraqlarının təhdid altına düşdüyü bölgələrdə passiv qalmaq strateji səhvdir.

Efir zamanı ən çox diqqət çəkən məqam isə Vladimir Solovyovla bağlı səsləndirilən iddia olub. Aleksandrova Solovyovun son səs-küylü çıxışında — qonşu ölkələrdə mümkün “xüsusi hərbi əməliyyatlar” mövzusunda danışarkən — Azərbaycanın adını çəkməməsinin səbəbi soruşulub.

Politoloq bu suala qısa, lakin rezonans doğuran cavab verib: “Məncə, azərbaycanlılar onu kifayət qədər qorxudublar.”

Bu açıqlama Rusiya ictimai-siyasi mühitində ciddi müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, Kremlə yaxın aparıcının ritorikasında Azərbaycanın kənarda qalması təsadüfi deyil və Moskvanın regiondakı reallıqları daha ehtiyatla dəyərləndirməyə başladığını göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR