ABŞ və İran arasında memorandum yaxın günlərdə imzalana bilər, lakin bu, sabah baş verməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai məlumat verib.
Onun sözlərinə görə, sənədin dəqiq imzalanma tarixi hələlik müəyyən edilməyib.
"Bu, sabah baş verməyəcək, lakin yaxın günlərdə imzalanma ehtimalını da istisna etmək olmaz", - deyə Bəqai qeyd edib.
XİN rəsmisi vurğulayıb ki, Vaşinqtonun mövqeyindəki qeyri-müəyyənlik səbəbindən prosesin gedişi ilə bağlı hər hansı bir açıqlama verərkən ehtiyatlı olmaq lazımdır:
"Qarşı tərəfin tərəddüdlü davranışını nəzərə alaraq, bu proseslə bağlı hər hansı bir şərhdə ehtiyat nümayiş etdirməliyik".
Bəqai həmçinin ABŞ-nin bir sıra regional məsələlərdəki mövqeyini də şərh edib. O bildirib ki, Vaşinqtonla mövcud olan fikir ayrılıqları Tehran üçün heç bir problem yaratmır.
"ABŞ-nin bəzi məsələlərdə bizimlə razılaşmaması bizim üçün problem deyil. Biz öz maraqlarımızdan çıxış edərək və beynəlxalq hüquq çərçivəsində hərəkət etməliyik", - deyə İran XİN rəsmisi əlavə edib.
Musavat.com






