İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Bakıda daha bir binada yanğın VİDEO YENİLƏNİB

4587 28.11.2025 18:50 Ölkə A A

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla bağlı polis əməkdaşları da dərhal əraziyə cəlb olunublar.

Musavat.com-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hadisə yerində sakinlərin təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR