Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı olub.
Musavat.com xəbər verir ki, telefon danışığı zamanı Türkiyə və İran prezidentləri ikitərəfli münasibətləri və regiondakı hərbi eskalasiyanı müzakirə ediblər.
Türkiyə lideri ölkəsinin iki ölkə arasındakı mövcud gərginliyi azaltmaq üçün İran və ABŞ arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, hazırda İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda səfərdədir.
Musavat.com






