İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: İsrail və Livan arasında böyük razılaşma

737 23.06.2026 11:17 Dünya A A

ABŞ paytaxtı Vaşinqtonda İsrail və Livan arasında növbəti danışıqlar raunduna start verilir. Amerika tərəfinin məlumatına görə, müzakirələr “sülh və təhlükəsizlik üzrə hərtərəfli razılaşma”nın əldə olunmasına yönəlib və həm siyasi, həm də hərbi məsələləri əhatə edir.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, ABŞ atəşkəsə nəzarət mexanizminin yaradıldığını açıqlayıb.

Bu mexanizm daha əvvəl İsveçrədə keçirilmiş danışıqlarda razılaşdırılmış daha geniş münaqişələrin nizamlanması formatının bir hissəsidir. Bununla belə, İsrailin həmin mexanizmdə iştirakının detalları hələ də dəqiqləşdirilməyib.

Amerikalı rəsmilər təmas xəttində nisbi sakitliyin müşahidə olunduğunu bildirirlər. Onların sözlərinə görə, son sutka son dövrlərin ən sakit günlərindən biri olub. Eyni zamanda tərəflər gərginliyin yenidən artmasının qarşısını almaq üçün addımlar atırlar.

İsrail mənbələrinin məlumatına görə, danışıqlar çərçivəsində Livanın cənubundakı bəzi mövqelərdən qoşunların simvolik şəkildə çıxarılması ehtimalı da nəzərdən keçirilir. Lakin bununla bağlı yekun qərarın qəbul edildiyi hələlik təsdiqlənməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR