İnsanlara hürriyət, millətlərə istiqlal!

Soner Sarıkabadayının Bakı paylaşımlarının sirri açıldı 

780 01.07.2026 15:48 Şou-biznes A A

Türkiyəli məşhur müğənni Soner Sarıkabadayının son günlər sosial şəbəkədə Bakı ilə bağlı paylaşdığı videoların səbəbi bəlli olub.

Musavat.com xəbər verir ki, sənətçi rəsmi sosial media hesabında paylaşdığı videoda Bakıdakı pərəstişkarlarına müraciət edərək yaxın zamanda konsert tarixini açıqlayacağını bildirib.

Soner paylaşımında, "Çox yaxında Bakı konsertimin tarixi açıqlanacaq. Gəlin birlikdə mahnılar oxuyaq, nə olar ki?  sözlərini yazaraq Bakıdakı sevənlərini həyəcanlandırıb.

Qeyd edək ki, Soner Sarıkabadayı daha əvvəl də Bakıda konsert proqramı ilə çıxış edib və Azərbaycan tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. 

Könül
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR