İnsanlara hürriyət, millətlərə istiqlal!

Şotlandiya ukraynalı qaçqınlara edilən ödənişləri ləğv edir: 28 min nəfər risk altında  

325 30.11.2025 13:29 Dünya A A

Şotlandiyada ukraynalı qaçqınlara ev sahibliyi edən ailələrə kütləvi şəkildə bildirişlər göndərilib.

Musavat.com xəbər verir ki, "Daily Mail"-in məlumatına görə, bu məktublarda hökumət maliyyə ödənişlərinin tam dayandırıldığını açıqlayır və ev sahiblərindən soruşur ki, onlar bu qərarı dəstəkləyirlərmi və qonaq ukraynalını evdən çıxarmağı tələb edəcəklərmi.

Bir ev sahibi qəzetə bildirib ki, cavabı sərt olub:
“Biz bunu heç vaxt etməyəcəyik".

Lakin qərarın nəticələri çox ağır ola bilər. Məlumatlara əsasən, təxminən 28 min ukraynalı qaçqın bu addımdan təsirlənəcək. Leyborist hökuməti həm də ev sahiblərinə verilən 350 funt sterlinq həcmində aylıq qrantı ləğv edir.

Yer­li idarələr xəbərdarlıq edir: əgər ödənişlər kəsilsə və ev sahibləri artıq əlavə xərcləri qarşılaya bilməsə, regionda evsizlərin sayı kəskin arta bilər. Bu isə Şotlandiyanın sosial xidmətləri üçün yeni böhran deməkdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR