İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqu Zəngəzur dəhlizindən danışdı

2038 05.11.2025 20:47 Gündəm A A

“Zəngəzur dəhlizi və Şimal-Cənub Nəqliyyat Dəhlizi bir-biri ilə rəqabət aparmayacaq”.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında deyib.

“Hesab edirəm ki, hər iki yolun nəinki mövcud olmaq hüququ var, həm də Azərbaycanı onun regionları ilə birləşdirmək və ölkələr arasında ticarət üçün nəqliyyat dəhlizləri yaratmaq üçün lazımdır", - o əlavə edib.

Şoyqu bir daha qeyd edib ki, Şimal-Cənub dəhlizi dərin cənubdakı limanları Şimal Buzlu Okeanı və Şimal Dəniz Marşrutu ilə birləşdirir.

“Mən bunda səhv bir şey görmürəm və heç bir rəqabət yoxdur” - Şoyqu deyib.

O vurğulayıb ki, Rusiya yüksək inkişaf etmiş nəqliyyat şəbəkəsi olan nəhəng ölkədir və “istənilən yol həmişə yaxşıdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR