İnsanlara hürriyət, millətlərə istiqlal!

Starmerdən Qrenlandiya ilə bağlı TƏCİLİ MÜRACİƏT

473 19.01.2026 14:17 Dünya A A

Böyük Britaniyanın baş naziri Kir Starmer Qrenlandiya məsələsi ilə bağlı hökumətin mövqeyini aydınlaşdırmaq üçün xalqa təcili müraciətlə çıxış edib.

Musavat.com xəbər verir ki, o, çıxışı zamanı Qrenlandiya üzərində suverenlik məsələsinin yalnız adanın öz sakinləri və Danimarka tərəfindən həll edilməli olduğunu bəyan edib.

“Qrenlandiya ilə bağlı bu qədər ciddi məsələyə düzgün yanaşma müttəfiqlər arasında sakit və konstruktiv müzakirədən ibarətdir. Qrenlandiya böyük əhəmiyyət daşıyır. Uzaq Şimal iri investisiyalar və daha güclü kollektiv müdafiə tələb edəcək. ABŞ bu səylərdə mərkəzi rol oynayacaq və Böyük Britaniya da öz töhfəsini verməyə hazırdır. Lakin burada gözardı edilə bilməyən bir prinsip var. Qrenlandiyanın gələcək statusu ilə bağlı istənilən qərar yalnız Qrenlandiya xalqına və Danimarka Krallığına məxsusdur”, - deyə Starmer Dauninq-stritdəki ofisindən xalqa müraciət edərkən bildirib.

ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Qrenlandiya ilə bağlı iddialarını tanımaqdan imtina edən Avropa ölkələrinə qarşı rüsumlar tətbiq edəcəyi ilə bağlı təhdidlərinə toxunan Britaniya hökumətinin başçısı qeyd edib ki, “ticarət müharibəsi heç kimin maraqlarına cavab vermir”. O vurğulayıb ki, London fikir ayrılıqlarının diplomatik yollarla həllinə ümid edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR