İnsanlara hürriyət, millətlərə istiqlal!

Starmerin komandası vəzifələrini təhvil verməyə başlayıb

599 22.06.2026 08:42 Dünya A A

Böyük Britaniyanın Baş naziri Keir Starmerin siyasi komandası vəzifələrini İcmalar Palatasının (aşağı palata) millət vəkili Endi Börnemin əməkdaşlarına təhvil verməyə başlayıb.

Musavat.com  ki, The Guardian-a istinadən xəbər verir ki, bu,  ölkədə hakimiyyətin keçidinin əlamətidir.

Qəzetin məlumatına görə, Lankaster Hersoqluğunun kansleri (Xüsusi Vəzifələr Naziri) Darren Cons artıq Börnemin komandasının əsas üzvü olan Böyük Britaniyanın keçmiş nəqliyyat naziri Luiz Heyq ilə görüşüb. Qəzet əlavə edib ki, iyunun 20-də Starmer və onun yaxın ətrafı baş nazirin istefasını elan edəcəyi çıxışın layihəsi üzərində işləməyə başlayıblar. Qəzet həmçinin qeyd edib ki, baş nazirin özü İcmalar Palatasında əlavə seçkilərdə qalib gəldikdən bəri Börnemlə danışmayıb, baxmayaraq ki, onunla danışmaq istədiyini açıq şəkildə bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR