Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, tanınmış cərrah-həkim Ədalət Rüstəm bu gecə vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat mərhumun yaxınları tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Hazırda onun vəfat səbəbi ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.
Ədalət Rüstəm uzun illər tibb sahəsində çalışaraq həm peşəkar fəaliyyəti, həm də yetişdirdiyi tələbələri ilə tanınıb. Onun ölümü tibb ictimaiyyətində və onu tanıyanlar arasında dərin kədər hissi doğurub.
Allah rəhmət eləsin.

Xalidə Gəray
Musavat.com






