İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatlısesin sərvətinə həbs qoyuldu

2187 13.11.2025 04:14 Şou-biznes A A

"Müvəkkilim Ahmet Tatlıses ilə İbrahim Tatlıses arasında gedən məhkəmə prosesi hələ başa çatmayıb."

Milli.Az xəbər verir ki, bu barədə Ahmet Tatlısesin vəkili açıqlama verib.

Xatırladaq ki, Ahmet Tatlıses bir müddət əvvəl atası İbrahim Tatlıseslə yaşadığı gərginlikdən sonra onun ruhi vəziyyətindən şübhələndiyini əsas gətirərək məhkəməyə müraciət etmiş və atasına qəyyum təyin olunması üçün iddia irəli sürmüşdü.

Vəkil bildirib ki, İbrahim Tatlısesin xeyrinə qərar çıxarıldığı barədə yayılan məlumatlar həqiqətə uyğun deyil:

"Hazırda məhkəmə prosesi davam edir. Bundan əlavə, İbrahim Tatlısesin şirkətlərinə məxsus əmlaklara qoyulmuş müvəqqəti məhdudiyyət qərarı da qüvvədə qalır. Növbəti məhkəmə iclası yanvarın 30-da keçiriləcək," - deyə o, qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR