“Vahidlik qanadları” adlı təşəbbüs blokunun rəhbəri Arman Tatoyan keçirilən mətbuat konfransında bildirib ki, Robert Köçəryan və Serj Sərkisyan seçkilərdə iştirak etdiyi müddətdə Ermənistanda müxalifətin birləşməsi mümkün deyil.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Onun sözlərinə görə, bu formatda siyasi meydanda hər zaman “keçmişlər və indiki hakimiyyət” qarşıdurması qalacaq və bu da nəticə etibarilə Nikol Paşinyanın mövqeyini gücləndirir.
“Paşinyana keçmiş prezidentlərin iştirak etməsi sərfəlidir - o, onları özünə real alternativ kimi göstərməyə çalışır. Qoy keçmiş prezidentlər seçkilərə qatılmasın, onda görəcəksiniz ki, biz Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilərik”, - Tatoyan bildirib.
Musavat.com






