Tehran sakinləri üçün sığınacaq kimi dayanacaqlar və metro stansiyaları da daxil olmaqla 300-dən çox yeraltı məkandan istifadə olunacaq.
Musavat.com xəbər verir ki, bu barədə Tehranın böhran idarəetmə təşkilatının rəhbəri Nəsiri bildirib.
O qeyd edib ki, sığınacaqların tutumu təxminən 2,5 milyon nəfər olacaq.
Onun sözlərinə görə, 82 metro stansiyası sığınacaq kimi təyin edilib və artıq təchiz olunub, yaxın gələcəkdə onlar haqqında məlumat olan lövhələr quraşdırılacaq.
Tehran meri Zakani hərbi qarşıdurma baş verəcəyi təqdirdə yeni sığınacaqların hazırlanacağını da açıqlayıb.
Musavat.com






