İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

2320 02.02.2026 17:30 Son xəbər A A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə Musavat.com-a agentlikdən məlumat verilib.

Xəbərdarlığa əsasən, fevralın 3-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi fevralın 5-i səhər saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə arabir 32-34 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 5-7 metrə çatacağı proqnozlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR