İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Milli Məclisdən qazla bağlı ÖNƏMLİ QƏRAR - Ləğv edilir

1772 07.07.2026 14:14 Ölkə A A

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

Musavat.com-un məlumatına görə, komitənin iclasında “Qaz təchizatı haqqında” Qanuna təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb. Layihəyə əsasən, öz əksini tapıb.

Layihəyə əsasən, qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə ödənilən 20 manatlıq rüsum ləğv edilir.

Bildirilib ki, yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir.

Həmçinin, “Energetika haqqında” Azərbaycan Respublikasının qanununda terminoloji xarakterli uyğunlaşdırma həyata keçirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR