İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Netanyahu atəşkəsi pozmaq əmri verdi, HƏMAS bəyanat yaydı

1491 28.10.2025 20:38 Siyasət A A

İsrailin Baş naziri Benyamin Netanyahu Orduya Qəzza zolağına güclü zərbələrin endirməyi əmr edib.

Musavat.com xəbər verir ki, məlumatı Baş nazirin ofisi açıqlayıb: "Təhlükəsizlik məsləhətləşmələrinin başa çatmasından sonra Baş nazir hərbi rəhbərliyə dərhal Qəzza zolağına güclü zərbə endirməyi tapşırdı".

Netanyahunun bu əmrindən sonra HƏMAS açıqlama yayaraq İsrailin Qəzzada atəşkəsi pozması səbəbindən girovların cəsədinin təhvil verilməsini təxirə saldığını elan edib.

Qeyd edək ki, bir neçə saat əvvəl Ynet portalı Qəzzada İsrail hərbçilərinin HƏMAS qruplaşması tərəfindən atəşə məruz qaldığı, cavab olaraq İsrail hərbçilərinin bir neçə obyektə zərbə endirdiyinə dair məlumat yaymışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR