İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Quru əməliyyatı başladı - İsrail ordusu SƏRHƏDİ KEÇDİ

19654 03.03.2026 11:50 Dünya A A

İsrail Müdafiə Qüvvələri (İDF) şimal cəbhəsində müdafiəni gücləndirmək məqsədilə Livanın sərhəd zonasında bir neçə nəzarət mövqeyini ələ keçirib.

Musavat.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Ordunun mətbuat xidməti bildirib ki, bu hərəkət İDF-in "Aslanın nəriltisi" əməliyyatı ilə paralel həyata keçirilir və sərhədə yaxın mövqelərin gücləndirilməsini nəzərdə tutur.

Bəyanatda qeyd olunur ki, İsrailin şimalındakı sakinlər üçün əlavə təhlükəsizlik təbəqəsi yaradılır və "Hizbullah"ın infrastrukturuna hədəfli zərbələr endirilir:

"İDF hər hansı sızma cəhdlərinin qarşısını almaq və mülki əhaliyə zərər gəlməməsini təmin etmək niyyətindədir. "Hizbullah" İran rejimi adından İsrailə hücum etmək qərarına gəlib və hərəkətlərinin nəticələrini öz üzərinə götürəcək. İsrail Müdafiə Qüvvələri isə dövlət və vətəndaşların müdafiəsini davam etdirəcək".

İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR