İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili yardım sürücüsü küçədə namaz qıldı - Video 

930 08.02.2026 12:15 Dünya A A

Rusiyanın paytaxtı Moskvada təcili tibbi yardım avtomobilinin sürücüsünün küçədə namaz qılması ictimai müzakirələrə və narazılığa səbəb olub.

Musavat.com xəbər verir ki, Rusiya mediasının, əsasən də millətçi yönümlü nəşrlərin yaydığı məlumata görə, hadisə paytaxtın Butovo rayonunda baş verib. Bildirilir ki, sürücü çağırışda olan həkimləri gözlədiyi vaxt təcili yardım maşınını park edərək onun yanında namaz qılıb.

Hadisə ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub.

Bəzi istifadəçilər bunu şəxsi inanc azadlığı kimi dəyərləndirsə də, digərləri dövlətə məxsus xüsusi təyinatlı nəqliyyat vasitəsinin yanında bu cür davranışın yolverilməz olduğunu bildiriblər.



Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR