İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda “Tramp küçəsi” – Fırtına yaxınlaşır?

1195 10.01.2026 08:13 Dünya A A

İrandakı mövcud rejimə qarşı etirazçılar ölkədəki bir neçə küçənin adını “Donald Tramp küçəsi” olaraq dəyişdiriblər.

Bu barədə İsrael National News portalı məlumat yayıb (Video bu linkdə: https://minval.az/news/124509847). Görüntülərdə bir kişinin küçə lövhəsinə yaxınlaşdığı və küçənin adını Amerika liderinin şərəfinə dəyişdirdiyi görünür.

Etirazların gedişində ABŞ-a loyallığı ifadə edən bu dəyişiklik nədən xəbər verir?

Xatırladaq ki, D.Tramp rejimin nümayişçilərə qarşı aşırı qəddarlıq tətbiq edəcəyi təqdirdə İrana müdaxilə ediləcəyi barədə xəbərdarlıq edib. Senator Lindsi Qrehem isə bu xüsusda yazıb: “Ayətullahlar, anlamalısınız, əgər daha yaxşı həyat tələb edən xalqınızı öldürməyə davam etsəniz, Donald Tramp sizi öldürəcək. İranda dəyişikliklər yaxınlaşır. Bu, Yaxın Şərq tarixində ən böyük dəyişiklik olacaq, nasist rejim devriləcək. İran xalqı, yardım artıq yoldadır”.

В Иране появились "улицы Дональда Трампа"

Öz növbəsində Dövlət Departamentinin sabiq əməkdaşı, analitik Pol Qobl deyib ki, baş verənlər təkcə molla rejiminin devrilməsi ilə yox, ölkənin parçalanması ilə də nəticələnə bilər (Teleqraf). “İran xalqı heç vaxt ayətullalardan tam razı olmayıb. Onlar Xomeynidən əvvəl malik olduqları daha açıq cəmiyyəti bərpa etmək və dəyişiklik yaratmaq üçün fürsət görürlər. Artıq iki regional paytaxtı ələ keçiriblər, bu da dini rejimin devrilmə yolunda olduğunu göstərə bilər. Bu baş verərsə, İran etnik xətlər üzrə parçalanma riski ilə üzləşə bilər”, - keçmiş diplomat vurğulayıb.

Belə çıxır, ölkədə etirazlar getdikcə daha da güclənəcək? Proseslərin geridönməz xarakter aldığını, “fırtınanın” yaxınlaşdığını söyləmək mümkünmü?

Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, bu vaxtadək İranda rejim əleyhinə bir çox küləvi etirazlar olub, ancaq hökümət qüvvələri, xüsusən də SEPAH etirazları boğub, kütləvi zorakılıqlar və repressiyalarala sabitlik yarada bilib:

“Heç bir dövlət, heç bir beynəlxalq təşkilat buna qarşı səsini çıxarmayıb, zorakılıqları və şiddəti qınamayıb. Lakin artıq dünya dəyişib. İran İsrail və ABŞ-ın hədəf və maraq dairəsində olduğundan baş verən proseslərə əlavə təsir vasitəsi kimi baxmağa başlayıb. Netanyahunun və Trampın İran xalqına, etirazçılara birdən-birə “sevgisi” yaranıb. Təl-Əviv narazıların arxasında durduğunu deyir, Vaşinqton isə mollaları bombalamaqla, cəzalandırmaqla hədələyir. Görünən odur ki, əvvəlkilərlə müqayisədə Tehran kütləvi və təhlükəli yöntəm alan proseslərə aşırı güc tətbiq etməkdən bir qədər çəkinir. Baxmayaraq ki, bəzi bölgələrdə ölənlər və xəsarət alanlar, həbs edilənlər var. Lakin həm mötədil və islahatlar qanadı, həm də mühavizəkar irtica qanad ehyitalı olmağa çalışır. Ümumi dil tapmağa, hansısa güzştlərlə etirazları nizamlamaq istəyir”.

İran İsrail müharibəsi İsraili dominant gücə çevirdi"

Ekspertin sözlərinə görə, hakimiyyət anlayır ki, hər hansı bir səhv hərəkət və silah işlədilməsi alovuna üzərinə benzin tökməyə bərabər olar, bütün İranı yandırar:

“İranda rejim dəyişməsə belə, bu etirazlar ciddi şəkildə molla hakimiyyətini sarsıdacaq. Onlar əvvəlki kimi İranı yalan, şantaj, basqı və ideoloji vasitələrlə idarə edə bilməyəcəkər və əhalinin də böyük qismi yeni, dünyəvi, beynəlxaql aləmə inteqrasiya olunan İranın tərəfindədir. Ancaq bunun devrilmiş pəhləvilər xanədanın nümayəndəsi Rza Pəhləvi ilə baş verəcəyini düşünmürəm. İranda bütün siyasi proseslərə rəng və istiqamət verən, inqilabların hərəkətverici qüvvəsi olan güneyli soydaşlarımız şaha nifrət edir. Bu isə təxminən 40 milyon insanın “yox” deməsidir. Dogər etnik qruplar da şahlıq istəmir. Bəzi paniranist çevrələrin isə arzuladıqları arzu olaraq qalacaq”.

Etibar Seyidağa
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR