İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev "Tramp marşrutu"ndan DANIŞDI

692 21.11.2025 14:34 Siyasət A A

Qazaxıstan Trampın Sülh və Rifah marşrutu (TRIPP) beynəlxalq layihəsində iştirak etməkdə maraqlıdır.

Musavat.com xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların yekunları üzrə brifinqdə deyib.

"Biz TRIPP-də iştirak etməkdə maraqlıyıq. Şimal-Cənub və Orta Dəhliz kimi təşəbbüslər hər iki ölkənin maraqlarına uyğundur", - o qeyd edib.

Qazaxıstan lideri nəqliyyat və tranzit imkanlarının vacibliyini vurğulayıb.

Tokayev əlavə edib ki, tərəflər iqtisadi, investisiya və sənaye sahəsində əməkdaşlığı müzakirə edib, ticarətin genişləndirilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsi barədə razılığa gəliblər.

Onun sözlərinə görə, təkcə ötən il Qazaxıstanın Ermənistana ixracı 350 milyon dolları ötüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR