ABŞ prezidenti Donald Tramp Ali Məhkəmədə doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran icra sərəncamının qanuniliyi ilə bağlı aprelin 1-də keçiriləcək dinləmədə iştirak etmək niyyətindədir.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Ağ Evdə jurnalistlərlə söhbətində açıqlayıb:
"Mən orada olacağam”.
O, həmçinin bildirib ki, doğum hüququ ilə vətəndaşlığı təmin edən konstitusiya dəyişikliyi "kölələrin uşaqları və onların qorunması üçün nəzərdə tutulub":
"Bu, Çindən və ya başqa yerdən olan milyarderlər üçün deyil".
2025-ci ilin dekabrında Ali Məhkəmə Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran icra sərəncamının konstitusiyaya uyğunluğunu təmin etmək tələbini qəbul edib. İyul ayında Kaliforniyanın San-Fransisko şəhərindəki apelyasiya məhkəməsi Trampın sərəncamını konstitusiyaya zidd hesab edən qərar çıxarıb. Aşağı məhkəmələr əvvəllər bu sərəncamı dəfələrlə bloklamışdılar, lakin iyunun sonunda Ali Məhkəmə onların bunu etmək imkanlarını məhdudlaşdırdı.
Musavat.com






