İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tramp Bakı və İrəvanı sülhə gətirən lider oldu”

536 25.11.2025 13:43 Siyasət A A

NATO baş katibi Mark Rütte Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmada Donald Trampın rolunu yüksək qiymətləndirib.

Musavat.com xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində danışıb.

Rüttenin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın dəstəklədiyi Rusiya–Ukrayna sülh təşəbbüsü iki ölkə arasında dayanıqlı sülhə gətirib çıxaracaq.

Onun fikrincə, hər bir münaqişənin həlli planla və iradə nümayişi ilə başlayır, bu prosesdə Trampın rolu həlledicidir:

“Tanqo üçün hər zaman iki nəfər lazımdır, amma hər şey planla başlayır və bunu başlayan da prezident Trampdır. O, bunu Pakistan və Hindistan arasında etdi, Qəzza məsələsində uğurlu nəticə göstərdi, İranın nüvə potensialını faktiki olaraq sıradan çıxardı və Ermənistanla Azərbaycan arasında da bunu bacardı”.

NATO baş katibi əlavə edib ki, Tramp “dünyada sülhə nail olmaq üçün həqiqi istək göstərir”.

“Bu, çox çətin vəzifədir. O, bunun ən asan tapşırıqlardan biri olduğunu demişdi - bu, doğru deyil. Bu, ən çətin məsələlərdən biridir. Lakin mən əminəm ki, biz bunun öhdəsindən gələcəyik”, - deyə Mark Rütte vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR