İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp-Makron intriqası – “Fransız şərabına 200 faiz tarif tətbiq edəcəyəm”

534 20.01.2026 20:58 Ölkə A A

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun Qəzza ilə bağlı "Sülh Şurası"nda iştirak etməkdən imtinasından sonra fransız şərabına 200% tarif tətbiq etmək ehtimalını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tramp “Röyters” müxbirlərinə Fransa liderinin mövqeyini şərh edərkən bildirib: "Mən onun şərabına və şampanına 200% tarif tətbiq edəcəyəm və o, qoşulacaq, amma onun heç bir öhdəliyi yoxdur".

Buna cavab olaraq Fransa prezidenti Amerika liderini Parisdə şam yeməyinə dəvət edib.

Bundan sonra Amerika prezidenti Makronla yazışmasının ekran görüntüsünü sosial media hesabı TruthSocial-da paylaşıb. “Röyters”in Yelisey sarayına yaxın bir mənbəsi mesajın həqiqiliyini təsdiqləyib. Yazışmada Fransa lideri amerikalı həmkarı ilə Suriya və İran məsələsində razılığa gəldiyini qeyd edib, lakin çaşqınlıq ifadə edib.

"Amma Qrenlandiya ilə nə etdiyinizi başa düşmürəm", - Makron yazıb.

Daha əvvəl Tramp Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Hollandiya və Finlandiyaya tariflər tətbiq etmək planlarını açıqlamışdı. Bu ölkələr Qrenlandiyada hərbi təlimlərdə iştirak etmək qərarına gəliblər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR